Şimali Koreya lideri Kim Çen In ölkənin yeni nəsil döyüş gəmilərindən biri olan 5000 tonluq "Kang Kon" esminesində aparılan silah sistemlərinin sınaqlarını yoxlayıb.
Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim nüvə silahı daşıya bilən strateji kruiz raketi də daxil olmaqla, gəmidəki müxtəlif silah sistemlərinin sınaqlarını yaxından izləyib.
Testlər zamanı strateji kruiz raketləri və artilleriya sistemləri atəşə tutulub, elektron müharibə sistemləri və hədəf aşkarlama və informasiya emalı imkanları da qiymətləndirilib.
Bildirilib ki, sınaqlar esminesdəki müxtəlif silah sistemlərinin döyüş şəraitində effektivliyini yoxlamaq üçün aparılıb.
Silah sınaqlarından sonra Kim Çen In 5000 tonluq "Kang Kon" esminesi üçün sınaqların iki ay ərzində başa çatdırılmasını və Şimali Koreya donanmasında aktiv xidmətə başlamasını əmr etdi.Kim həmçinin ölkənin çəkindirmə qabiliyyətini və döyüş qabiliyyətini gücləndirmək üçün səylərin artırılması barədə göstəriş verib.
AYtən Yaşar/ Turkustan.az