Kreml Putin-Tramp danışığının təfərrüatlarını açıqladı


Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan və təxminən 1,5 saat davam edən söhbətin əvvəlində Putin Trampı və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Uşakov qeyd edib ki, liderlər Rusiyanın ABŞ dövlətinin formalaşmasına verdiyi tarixi töhfəni xatırlayıb, iki ölkəni birləşdirən ortaq tarixə hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar. Söhbət zamanı İkinci Dünya müharibəsindəki müttəfiqlik də yada salınıb.

Kremlin müşaviri əlavə edib ki, bu, Putinlə Tramp arasında cari ildə keçirilən dördüncü telefon danışığıdır. Onun sözlərinə görə, söhbət işgüzar və konstruktiv atmosferdə keçib, ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında açıq fikir mübadiləsi aparılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ