İsrail mediası ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu həftə Nyu-Yorka planlaşdırılan səfərinin ləğv edildiyini iddia edir.
Turkustan.az xəbər verir ki, Haaretz qəzetinin məlumatına görə, Ben-Qvirin səfəri fələstinlilərə qarşı siyasəti və fəaliyyətinə görə “həbs olunma ehtimalı” ilə bağlı narahatlıqlar fonunda təxirə salınıb.
Məlumata əsasən, onun BMT-nin Polis Rəisləri Zirvəsində iştirak etmək üçün planlaşdırdığı Nyu-York səfəri insan haqları təşkilatlarının etirazları və onun saxlanılması ilə bağlı çağırışların artması səbəbindən gündəmdən çıxarılıb.
Hesabatda qeyd olunur ki, qərar Ben-Qvirin radikal ritorikası və siyasətinə görə yarana biləcək etirazlar və hüquqi risklər barədə aparılan daxili təhlükəsizlik qiymətləndirmələrindən sonra verilib.
AYtən Yaşar/ Turkustan.az