Tramp: Amerika heç vaxt kommunist ölkə olmayacaq


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirdə on minlərlə insana müraciət edib.

Turkustan.az xəbər verir ki, pis hava şəraiti səbəbindən gecikən çıxışında Tramp ölkəsinin keçmişini tərifləyib və kommunizmə qarşı sərt mesajlar verib.

Milli Mall ərazisində keçirilən və təxminən 150 min insanın qatıldığı mərasimdə çıxış edən Tramp ABŞ-ın 250 ildir “dünyanın ümid, vəd, işıq və qürur mənbəyi” olduğunu bildirib.

“Amerika heç vaxt kommunist ölkə olmayacaq”, – deyən Tramp kommunizmin ABŞ üçün ciddi təhlükə yaratdığını iddia edib. O, bu ideologiyanın “uğursuzluğa məhkum olduğunu və həmişə belə qalacağını” vurğulayıb.

Tramp ABŞ əsgərlərinin müxtəlif dövrlərdə dünyada kommunizmə qarşı mübarizə apardığını xatırladaraq, “Bu təhlükənin ölkəmizdə yenidən yaranmasına icazə verməyəcəyik”, – deyə əlavə edib.

O, həmçinin bir gün əvvəl Raşmor dağında səsləndirdiyi fikirləri təkrarlayaraq kommunizmi “xərçəng”ə bənzədib və bu mövzunu gələcək seçki kampaniyasının əsas istiqamətlərindən birinə çevirəcəyini bildirib.

Çıxışında Tramp Konqresi seçki islahatlarına çağıraraq səsvermə zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi və vətəndaşlıq təsdiqini tələb edən “Amerikanı Xilas Et” qanununun qəbul edilməsini istəyib. Mərasim fırtına səbəbindən gecikmədən sonra atəşfəşanlıqla başa çatıb.

Trampın 250 illik yubiley şənliklərindəki təəccüblü mesajı: ABŞ heç vaxt kommunist ölkəsi olmayacaq.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ