ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə münasibətlərinə toxunaraq, "Biz çox yaxşı yola gedirik. O, kimin patron olduğunu bilir", – deyə, bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri ABŞ-da fəaliyyət göstərən Axios nəşrinə telefon müsahibəsində səsləndirib.
ABŞ prezidenti bildirib ki, Netanyahu gələn həftə Ağ Evdə onunla görüşmək niyyətindədir. Trampın sözlərinə görə, görüş NATO Zirvə toplantısından qayıtdıqdan sonra, iyulun 7-8-dən sonra keçirilə bilər.
Tramp müsahibədə İran məsələsinə də toxunub. O, Tehranın razılaşma əldə etmək istədiyini iddia edib və bildirib ki, Ayətullah Əli Xameneinin dəfn mərasimi səbəbindən danışıqlar bir həftəlik təxirə salınıb.
"Hamısı oradadır. Hamısını bir zərbə ilə zərərsizləşdirə bilərik, amma bunu etməyəcəyik. Çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq", – deyə, Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az