Türkiyə prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran Polşa Prezidenti Karol Navrotskinin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Duran NSosyal hesabında paylaşım edərək bildirib ki, Navrocki 23-24 iyun tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Duran bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Polşa arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın təkmilləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq. O, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, mövcud regional və qlobal məsələlər barədə də fikir mübadiləsinin planlaşdırıldığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az