Tramp: Hörmüz boğazı tamamilə açıqdır


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açıq olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bu arada İran tərəfi Hörmüz boğazında gəmilərin keçidi ilə bağlı münaqişənin qarşısını almaq üçün rabitə xətti qurmaq istəyini bildirib.

ABŞ prezidenti Donald Tramp İranla prosesin müsbət istiqamətdə irəlilədiyini bildirib və əlavə edib ki, "Əgər İran razılaşmanın şərtlərini yerinə yetirməsə və ya lazımi şəkildə davranmasa, mən etməli olduğum şeyi edəcəyəm".

Tramp Ağ Evdəki Oval Ofisdə keçirilən imza mərasimində jurnalistlərin suallarını cavablandırıb.

İranın ABŞ üzərində hər hansı bir təsir gücünə malik olub-olmadığı ilə bağlı suala cavab olaraq Tramp Tehran rejiminin ciddi itkilər verdiyini iddia edərək bildirib: "Onların donanması, hava qüvvələri, liderləri ölüb, iqtisadiyyatları çöküb".

Tramp İranın hərbi imkanlarının böyük ölçüdə məhv edildiyini iddia edərək, ölkənin raket, pilotsuz təyyarə və hava hücumundan müdafiə sistemlərinin də ağır itkilərə məruz qaldığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ