“Müharibəni elə indi bitirin!” - Zelenskiyə çağırış etdi


ABŞ konqresmeni Anna Paulina Luna Vaşinqtonun Ukrayna lideri Volodimir Zelenskinin münaqişənin nizamlanması üçün sülh razılığına qol çəkməsini gözlədiyini bəyan edib.

Turkustan.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin Zelenski ilə keçirdiyi görüşü şərh edən Luna Ukrayna prezidentinə birbaşa müraciət edib:

“Amerika sizin sülh sazişini qəbul etməyinizi gözləyir, cənab. Müharibəni elə indi bitirin”.

Bununla belə, Volodimir Zelenski münaqişənin həlli məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən qəti şəkildə imtina edib. Ukrayna lideri “Ukrayna bu cür oyunlar oynamır” deyərək danışıqların yalnız neytral bir ölkədə baş tuta biləcəyini vurğulayıb. O, variant olaraq İsveçrə, Türkiyə və ya Yaxın Şərq ölkələrindən birini təklif edib.

Rusiya tərəfi isə öz növbəsində danışıqlara açıq olduğunu iddia edir. Ölkənin xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ilə “fırıldaqsız”, dürüst danışıqlara hazır olduğunu bildirsə də, XİN rəhbərinin müavini Mixail Qaluzin rəsmi Kiyevdən yeni danışıqlar raunduna dair hələ heç bir siqnal almadıqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, bir qədər əvvəl Volodimir Zelenski ABŞ-nin Ukrayna ilə bağlı buraxdığı əsas səhvi dilə gətirmişdi. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ