ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İslam Respublikası ilə imzalanmış memorandum çərçivəsində İrana investisiya qoymaq üçün heç bir öhdəlik götürməyib.
Turkustan.az xəbər verir ki, Tramp bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüşdə bildirib.
"Biz İrana heç bir pul yatırmırıq. Dünən ortaya çıxan şayiələr sadəcə gülüncdür. Əgər mən və ya başqası nəsə etmək istəsə, bir gün müdaxilə edib nəsə etmək hüququmuz var, amma biz heç bir pul yatırmırıq. İrana investisiya qoymaq öhdəliyimiz yoxdur"./publika.az