İsrail ordusu Livanın cənubundakı Tir şəhər mərkəzinə yeni hücumlar edəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki,İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında dərc etdiyi xəritələrdə bəzi binaları qırmızı rənglə işarələyərək, bu yerlərin Hizbullaha məxsus olduğunu iddia etdi.
Adraee sözügedən binaların hədəf alınacağını açıqladı və ərazidəki mülki şəxsləri "evlərini dərhal tərk etməyə" çağırdı. İsrail ordusu Tir və ətrafında yaşayanlardan Zehrani çayının şimalına köçmələrini istədi.
Beynəlxalq medianın məlumatına görə, İsrail ordusu son 24 saat ərzində Livanın cənubunda və Bekaa vadisində 120-dən çox hava hücumu həyata keçirib. Britaniyanın "The Guardian" qəzeti bunun son həftələrdəki ən intensiv bombardmanlardan biri olduğunu yazıb.
Associated Press agentliyinə danışan sakinlər gecə boyunca Tir, Nəbatiyyə və Litani çayı ətrafında partlayış səsləri eşitdiklərini bildiriblər. Bildirilib ki, İsrail ordusu Litani xəttinin şimalına doğru irəliləyir və bəzi ərazilərdə quru əməliyyatlarını genişləndirir.
Aytən Yaşar/ Turkustan.az