“Mənə Zelenskinin göstərişi ilə hücum ediblər” – Tevanyan


Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyan ona qarşı aparılan informasiya hücumunun Ukrayna prezidenti Volodimir Zelenskinin göstərişi ilə həyata keçirildiyini iddia edib.

Turkustan.az-ın xəbərinə görə, siyasətçi bu barədə jurnalistlərə açıqlamasında deyib.

Bundan əvvəl Ermənistanın baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazir postuna namizədi Nikol Pashinyan bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Tevanyanla bağlı ehtimal olunan cinayət işi barədə materialları İstintaq Komitəsinə göndərəcək.

Tevanyan isə Paşinyanı “dövlətə xəyanətdə” ittiham edib və onu “erməni Zelenskisi” adlandırıb. O qeyd edib ki, hələlik Ermənistan İstintaq Komitəsinə onunla bağlı heç bir rəsmi müraciət daxil olmayıb.

Siyasətçinin sözlərinə görə, Zelenski Ukraynanı xarici güclərin əlində alətə çevirib və İrəvana səfəri zamanı ona qarşı konkret addımlar atılması barədə tapşırıq verib.

Tevanyan hesab edir ki, bu münasibət onun 2024-cü ildə Donbasa etdiyi humanitar səfərlə bağlıdır.

Tevanyan həmçinin Paşinyana qarşı böhtan, reputasiyaya zərər vurma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə məhkəmə iddiası qaldırmağa hazırlaşdığını bildirib. Siyasətçi əlavə edib ki, 7 iyunda keçiriləcək seçkilərdən sonra hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ