Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı qalmaqal baş verib.
Turkustan.az xəbər verir ki, Paşinyanın İrəvanın Ərəbkir rayonunda seçicilərlə görüşü zamanı İkinci Qarabağ müharibəsində zabit qardaşı itkin düşən bir qadın baş naziri onun “vətənini oğurlamaqda” ittiham edib.
Paşinyan qadınla söhbət zamanı Qarabağ separatizmini sərt şəkildə tənqid edib.
“Qarabağ askenti ilə danışanların maskasını çıxaracağam. Robun, Serjin, Qaqonun, Kaluqanın balaları, maskanızı çıxaracam, lazımi yerlərinizi tapdalayacam”, - Paşinyan Robert Köçəryanı, Serj Sarkisyanı, Qaqik Tsarukyanı və Samvel Karapetyanı nəzərdə tutaraq bildirib.
Erməni baş nazir sözlərinə belə davam edib: “Əgər sən Robsansa, Robu və Kaluqanı yıxacağam. Robu həbsə atacağam, öldürəcəym. Maska taxan, Qarabağ ləhcəsi ilə danışan qaçqındırlar. Onlar müharibədən qaçıblar, uşaqlarımızı atıblar”.
Qadın getdikdən sonra Paşinyan kameraya üz tutaraq, revanşistləri hədələməyə davam edib./publika.az