Venesuela Trampın "51-ci ştat" şərhinə cavab verdi


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkəsini ABŞ-ın 51-ci ştatı etmək barədə "ciddi" düşündüyünü deyən ABŞ prezidenti Donald Trampa "müstəqillik"i vurğulayaraq cavab verib.

Turkustan.az xəbər verir ki, Venesuela ilə qonşu Qayana arasındakı Esekibo mübahisəsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) işi izləmək üçün Hollandiyanın Haaqa şəhərinə gedən Venesuelanın müvəqqəti prezidenti Rodriges Trampa cavab verib.

Rodrigez Venesuelanın müstəqilliyinə toxunaraq Trampa dedi:

"Belə bir şey qətiyyən qəbuledilməzdir. Çünki venesuelalıları müəyyən edən ən fundamental xüsusiyyətlərdən biri müstəqillik uğrunda mübarizəmizə və bu mübarizənin həm kişilərə, həm də qadınlara olan sadiqliyimizdir. Ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik."

Rodrigez Tramp administrasiyası ilə əməkdaşlığa əsaslanan diplomatik gündəm izlədiklərini bildirərək əlavə etdi: "Tariximiz bizi müstəmləkə deyil, azad bir millət etmək üçün canlarını fəda edən kişi və qadınların qələbə mübarizəsidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ