Kim Çendən Putinə vacib bir mesaj: Yeni dünya nizamını birlikdə quracağıq


Şimali Koreya lideri Kim Çen In 9 May – Qələbə Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi təbrik mesajında Moskva ilə münasibətlərin Pxenyan üçün “ən yüksək prioritet” olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Kim Çen In mesajında Rusiya xalqına və müharibə veteranlarına “səmimi hörmətini” ifadə edib. Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, Pxenyan Moskva ilə strateji tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir.

Bununla yanaşı, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın genişlənməsi beynəlxalq diqqət mərkəzində qalır. Xüsusilə Ukraynadakı müharibədə minlərlə Şimali Koreya əsgərinin həlak olması ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bu mövzu iki ölkə arasındakı münasibətlərlə bağlı müzakirələrin əsas istiqamətlərindən biri olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ