Makronun İrəvandakı bu sözü Rusiyanı qıcıqlandırdı


Ermənistanda 3-5 may tarixlərində səfərdə olan Emmanuel Makron İrəvana həm də sərhədlə bağlı yardım edəcəklərini bildirməsi Kremldə qəzəblə qarşılanıb.

Turkustan.az xəbər verir ki, Makron Avropanın Ermənistana sərhədlərinin toxunulmazlığını müstəqil şəkildə qorumaqda yardım etməli olduğunu bildirmişdi.

Rusiyalı ekspertlər isə bunu Rusiyanın regiondan sıxışdırılmasının növbəti nümayişi kimi təqdim etməyə çalışırlar.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyə ilə sərhəddəki Axurik keçid məntəqəsində Ermənistan sərhədçilərinin Rusiya sərhədçilərini əvəz etdiyi açıqlandı. Bundan əvvəl isə Rusiya sərhədçiləri “Marqara” keçid məntəqəsindən (Türkiyə ilə sərhəd), “Aqarak” keçid məntəqəsindən (İranla sərhəd) və Zvartnots hava limanındakı keçid məntəqəsindən çıxarılmışdılar. /axar.az/


MANŞET XƏBƏRLƏRİ