İsrail mediası: Müdafiə rəsmiləri İrana qarşı hücumlar üçün təzyiq edir


İsrailin müdafiə dairələrində bəzi rəsmilərin Tehranı danışıqlarda daha güzəştli mövqeyə məcbur etmək məqsədilə hökumətə İrana qarşı hücumları bərpa etməsi üçün təzyiq göstərdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail Ordusu Radiosu-na danışan yüksək vəzifəli müdafiə rəsmilərinin sözlərinə görə, İrana qarşı son hücumlar İsrailin hədəf almağı planlaşdırdığı enerji və neft obyektlərini əhatə etməyib. Lakin hazırda bu hədəfləri vurmaq üçün “uyğun fürsət” yarandığı iddia olunur.

Hesabatda qeyd edilir ki, həmin rəsmilər Tehranı danışıqlarda daha çevik mövqe tutmağa məcbur etmək üçün hücumların yenidən başlanmasına çağırırlar.

Radioda çıxış edən rəsmilər bildiriblər: “İrana qarşı hücum iranlıları güzəştə getməyə məcbur etmək potensialına malikdir, lakin buna zəmanət yoxdur. Əgər müharibəni yenidən başlatsaq, bu, onları daha da zəiflədə və küncə sıxışdıra bilər. Lakin bu, onların mütləq təslim olacağı və danışıqlarda bütün tələbləri qəbul edəcəyi anlamına gəlmir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ