İsrail Beyrutu vurdu: Atəşkəs sonrası ilk hücum


İsrailin müdafiə naziri Yisrael Katz atəşkəsdən sonra Beyrut-a ilk hücumların həyata keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazir sosial media platforması X-də paylaşım edərək bildirib ki, hücum onun və İsrailin baş naziri Benyamin Netanyahu-nun göstərişi ilə icra olunub.

Katz qeyd edib ki, hücum zamanı Hizbullahın “Ridvan Qüvvələri”nin komandiri hədəf alınıb. O, həmçinin İsrailin əməliyyatları davam etdirə biləcəyi barədə xəbərdarlıq edib.

Livan mediasının məlumatına görə, İsrailə məxsus hərbi gəmi Beyrutun cənubundakı Dahiye bölgəsinin Hüreyk məhəlləsində yerləşən bir mənzili üç raketlə vurub.

İsrail mediası isə hücum nəticəsində Hizbullahın “Ridvan Qüvvələri”nin komandiri Malik Balutun öldürüldüyünü iddia edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ