Türkiyənin istehsalı olan “Yıldırımhan” qitələrarası ballistik raketi Rusiyaya qarşı potensial silah kimi qiymətləndirilir.
Turkustan.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.
Bildirilib ki, raketin uçuş məsafəsi təxminən 6000 kilometrdir və bu göstərici onu orta mənzilli və qitələrarası raketlər arasında yerləşdirir.
Nəşr vurğulayır ki, raketin təqdimatı NATO-nun Rusiyaya qarşı hərbi imkanlarını gücləndirdiyi bir dövrdə baş verib.
Bu səbəbdən gələcəkdə onun və ya daha qısamənzilli versiyalarının alyans ölkələrinə təklif oluna biləcəyi istisna edilmir./publika.az