Meloninin saxta fotosu yayıldı: “İnsanlar hər şeydən istifadə edir”


İtaliyanın Baş naziri Giorgia Meloninin yataqda alt paltarında göründüyü saxta görüntü sosial mediada yayılıb.

Turkustan.az xəbər verir ki, Meloni bu görüntünün süni intellekt vasitəsilə yaradıldığını bildirərək onun yayılmasını kəskin şəkildə pisləyib.

İtaliya lideri sözügedən fotonu Facebook hesabında paylaşaraq istifadəçilərə xəbərdarlıq edib və belə görüntüləri təsdiqləmədən yaymamağa çağırıb.

Meloni bildirib: “Deepfake-lər təhlükəli vasitədir, çünki onlar insanları aldatmaq, manipulyasiya etmək və hədəfə almaq üçün istifadə oluna bilər. Mən özümü müdafiə edə bilərəm, amma bir çox insan bunu edə bilmir.”

O əlavə edib ki, bu cür texnologiyalar bəzi şəxslər tərəfindən hücum və dezinformasiya məqsədilə istifadə olunur: “Həqiqət budur ki, insanlar indi hücum etmək və yalan uydurmaq üçün hər şeydən istifadə edəcəklər. Yenə də deməliyəm ki, məni bir az daha gözəlləşdiriblər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ