Avropa ölkəsində hökumət süqut etdi, baş nazir istefaya göndərildi


Rumıniya hökuməti etimad səsverməsində məğlub olaraq süquta uğrayıb.

Turkustan.az xəbər verir ki, baş nazir İlie Bolojan vəzifəsindən uzaqlaşdırılıb.

Ölkə siyasi böhranla üz-üzə qalıb. Parlamentdə keçirilən səsvermədə etimadsızlıq təklifi 281 səslə qəbul edilib və nəticədə hökumət parlament çoxluğunu itirib.

Bununla da İlie Bolojannın rəhbərlik etdiyi koalisiya hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ