Trampın Çinlə bağlı iddiası: Onlar İran məsələsində çətinlik yaratmayıblar


ABŞ prezidenti Donald Trump çərşənbə axşamı bildirib ki, İranla bağlı regional gərginlik may ayının ortalarında Xi Jinping ilə planlaşdırılan sammitdə müzakirə olunacaq əsas mövzulardan biri olacaq.

Turkustan.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib: “Bu barədə danışacağıq, bu, əsas mövzulardan biridir. O (Si) bu məsələdə çox nəzakətli davranır.” ABŞ lideri qeyd edib ki, Çin neftinin təxminən 60%-ni Hörmüz boğazı vasitəsilə əldə etsə də, Vaşinqtonun regiondakı əməliyyatlarına “çox hörmətli” münasibət göstərir.

Tramp bu yanaşmanı Çin lideri ilə şəxsi münasibətləri ilə əlaqələndirərək, Si Cinpini “möhtəşəm insan” kimi xarakterizə edib və əlavə edib: “Biz Çindən heç bir çətinlik görməmişik. Onlar bizə problem yaratmırlar.”

ABŞ prezidenti həmçinin iki qlobal güc arasında iqtisadi əlaqələrin davam etdiyini vurğulayıb: “Biz Çinlə geniş əməkdaşlıq edirik və bundan ciddi gəlir əldə edirik. Bu, əvvəlki dövrlərdən fərqli şəkildə inkişaf edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ