Merkel indi nə edir? - Siqareti atıb, kirayədə qalır, pivəni və futbolu sevir


Müasir dünya siyasətinin əsas fiqurlarından biri də 2005-2021-ci illərdə Almaniyanın kansleri olmuş Angela Merkeldir. Buna görə də dünyaca məşhur xanım siyasətçinin vəzifədən gedəndən sonrakı həyat tərzi hamı üçün maraqlıdır. Dünya siyasətinə yön verən, özünəməxsusluğu ilə seçilən Merkel hazırda nə ilə məşğuldur?

Turkustan.az xəbər verir ki, Angela Merkel hazırda aktiv siyasətlə məşğul olmur. Almaniya mətbuatının məlumatına görə, sabiq kansler indi daha çox təbiətdə gəzməyə, kitab oxumağa və dincəlməyə üstünlük verir.

O, bağ-bağça işləri ilə məşğul olur və əkdiyi gül-çiçəyə qulluq etməyi xoşlayır. Merkel futbola baxmağı da sevir. Ona görə də tez-tez futbol yarışlarını izləmək üçün stadionlara gedir.

O, həmçinin mətbəxdə olmağı da xoşlayır. Bildirildiyinə görə, hazırladığı yeməklər çox dadlı olur. Ən dadlıları isə kartof şorbası və balıq xörəkləridir.

Özü isə alma şirəsi və kotleti çox sevir. Mətbəx təcrübəsini artırmaq üçün davamlı olaraq müxtəlif xalqların kulinariyası ilə maraqlanır. Qəhvəni çox da xoşlamır. Bunun yerinə səhər yeməyi zamanı nanəli çay içir. Alkoqollu içkilərdən isə pivəyə üstünlük verir.

Nazir olduğu vaxtlar günə bir qutu siqaret çəkən Merkel artıq bu vərdişindən əl çəkib.

Tez-tez teatra və konsertlərə də gedir. Klassik musiqilərə, ən çox operaya qulaq asmağı xoşlayır.

Merkelin şəxsi mənzilinin olmadığı, hazırda Berlinin mərkəzində kirayə yaşadığı deyilir. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ