PKK adını dəyişdi! Budur onun yeni adı


PKK terror təşkilatının ləğvinin ildönümü münasibətilə yayımlanan açıqlamada təşkilat rəhbərliyi proseslə bağlı mövqeyini bölüşüb.

Turkustan.az xəbər verir ki, “Apoist Hərəkat İdarəçiliyi” imzası ilə dərc olunan mətndə PKK-nın çətir strukturu olan KCK-ya aid titulların qorunmasının vacibliyi vurğulanıb.

Bəyanatda Abdullah Öcalan-ın statusu məsələsinə də toxunulub. Qeyd olunub ki, “Türkiyənin kürd məsələsi kimi fundamental problemində əsas həmsöhbət olan Aponun hazırkı mövqeyi 100 illik problemə və onun həllinə düzgün yanaşmadığını göstərir”. Mətnə prosesin gedişi ilə bağlı müxtəlif qiymətləndirmələr də daxil edilib.

Açıqlamanın sonunda bildirilib: “Prosesin irəliləməsi barədə yalnız Aponun statusu aydınlaşdırıldıqdan və ona sərbəst fəaliyyət üçün şərait yaradıldıqdan sonra danışa bilərik. Bu halda kürd xalqı və demokratik ictimaiyyət prosesin irəlilədiyinə inanacaq və dəstək daha da artacaq”.

Digər tərəfdən, Dövlət Baxçalı da həmin gün Öcalanın statusu ilə bağlı açıqlama verib. O, proses ətrafında müzakirələrin yekunlaşmalı olduğunu bildirərək deyib: “Müzakirələrə son qoymaq üçün onun ‘Sülh Prosesi və Siyasiləşmə Koordinasiya Mərkəzi’ kimi adlandırılmasını təklif edirəm. Əlbəttə, alternativ variantlar da müzakirə oluna bilər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ