Ermənistana uçuş edən Sançez təcili Ankaraya eniş etdi


İspaniyanın rəsmi xəbər agentliyi EFE xəbər verir ki, Avropa Siyasi Birliyinin iclasında iştirak etmək üçün Madriddən Ermənistanın paytaxtı İrəvana yola düşən İspaniyanın Baş naziri Pedro Sançezi daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib.

Turkustan.az xəbər verir ki, məlumata görə, Baş nazirin ofisinə istinadən bildirilir ki, Sançesi aparan rəsmi “Airbus A310” tipli təyyarədə yaranan texniki problem ciddi olmasa da, təhlükəsizlik protokollarına uyğun olaraq təcili eniş qərarı verilib.

Sançez və onu müşayiət edən nümayəndə heyəti gecəni Ankarada keçirib və səhər saatlarında İrəvana yola düşüb.

Qeyd edək ki, Sançez daha əvvəl də təyyarədə yaranan nasazlıq səbəbindən 4 sentyabr 2025-ci ildə Parisdə Ukrayna ilə bağlı keçirilən görüşdə iştirak edə bilməmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ