ŞOK İDDİA: Vens Pentaqonun brifinqlərinə şübhə ilə yanaşır


ABŞ-ın vitse-prezidenti JD Vensin Pentaqonun mümkün ABŞ/İsrail–İran müharibəsi ilə bağlı təqdim etdiyi məlumatların dəqiqliyini şübhə altına aldığı iddia olunur.

Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə “The Atlantic” nəşrinə danışan ABŞ rəsmiləri bildiriblər ki, qapalı görüşlər zamanı Vens tez-tez Müdafiə Nazirliyinin müharibənin gedişi ilə bağlı təqdim etdiyi brifinqlərə tənqidi yanaşıb.

Məlumata əsasən, vitse-prezident prezident Donald Trampla bəzi silah ehtiyatlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bölüşüb. Xüsusilə, raket ehtiyatlarının azalması məsələsinin diqqətə çatdırıldığı qeyd olunur.

Həmçinin iddia edilir ki, Vens Ağ Ev rəsmilərinə müharibə ilə bağlı strateji planlaşdırma mövzusunda ətraflı suallar ünvanlayıb.

Digər tərəfdən, mənbələr vurğulayır ki, Vensin bu qiymətləndirmələri şəxsi mövqeyini əks etdirir və o, ABŞ Müdafiə Naziri Pit Heqseti və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyni birbaşa “yanlış məlumat verməkdə” ittiham etməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ