İranın tələbləri Pakistana çatdırıldı


İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda keçirdiyi görüşlər zamanı Tehranın danışıqlar masasında əsas gözləntilərini və ABŞ-ın şərtlərinə münasibətini rəsmi şəkildə ifadə edib.

Turkustan.az xəbər verir ki, Əraqçi Vaşinqton administrasiyası ilə davam edən danışıqlar çərçivəsində İranın mövqeyini Pakistan nümayəndə heyətinə çatdırıb.

Prosesə yaxın olan pakistanlı rəsmi Reuters agentliyinə açıqlamasında bildirib ki, Əraqçi Tehranın danışıqlarda tələb etdiyi konkret addımları və ABŞ-ın təklif etdiyi şərtlərə niyə ehtiyatla yanaşdıqlarını birbaşa izah edib.

Tehran Vaşinqtonun tələbləri ilə bağlı qeyri-müəyyən məqamların aydınlaşdırılmasını gözləyir. İslamabad vasitəsilə aparılan bu “məkik diplomatiyası”nın tərəflərin ortaq məxrəcə gəlib-gəlməyəcəyini müəyyən edəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ