Lavrov: "erməni radiosu" olmaqda qeyri-adi nəsə yoxdur


Rusiya XİN rəhbəri Sergey Lavrov "erməni radiosu" ifadəsini yumorla izah edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, Rusiya İctimai Televiziyasına müsahibəsində qeyd edib.

Lavrov bildirib ki, diplomatiyanı izah edərkən keçmiş SSRİ-də məşhur olan “erməni radiosu” zarafatını xatırlamaq olar.

Onun sözlərinə görə, həmin zarafatda diplomatiya “insanı müəyyən ünvana göndərmək yoludur, amma bunu elə etmək lazımdır ki, o, səfəri səbirsizliklə gözləsin” kimi təsvir olunur.

Nazir qeyd edib ki, diplomatiyada "erməni radiosu" olmaqda qeyri-adi heç nə yoxdur./modern.az


MANŞET XƏBƏRLƏRİ