İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Rusiya və Omanı da əhatə edən səfərinin ilk dayanacağı İslamabadda Pakistanın Ordu Qərargah rəisi Asim Munir ilə görüşüb.
Turkustan.az xəbər verir ki, İran xarici işlər nazirinin rəsmi Telegram hesabına görə, Arakçi Pakistanın Ordu Qərargah rəisi Munir ilə regional inkişaflar barədə fikir mübadiləsi aparıb.
Görüşdə Ərakçiyə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi və İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm müşayiət edib.
Görüşlə bağlı hələlik heç bir təfərrüat açıqlanmayıb.
Bekayi əvvəllər bildirmişdi ki, Arakçinin Pakistan, Oman və Rusiyanın da daxil olduğu səfəri ABŞ və İsrail tərəfindən İrana qarşı tətbiq edilən müharibəyə son qoymaq səylərini qiymətləndirəcək.
Aytən Yaşar/ Turkustan.az