Rusiyanın Dnepr çayına hücumundan sonra qurbanların sayı 46-ya çatdı


Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 46 nəfərə çatıb. Yaralılar arasında beş uşaq da var.

Turkustan.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja Telegram-da bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərdən 23-ü xəstəxanaya yerləşdirilib. 26 və 44 yaşlı iki qadının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qanja qeyd edib ki, həkimlər bütün yaralılara zəruri tibbi yardım göstərməkdə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ