Tramp: İran ABŞ-ın tələblərini yerinə yetirmək üçün təklif hazırlayır


ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranın ABŞ-ın tələblərini yerinə yetirmək üçün təklif verməyi planlaşdırdığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ və İran arasında diplomatik prosesləri şərh edərkən qeyd edib ki, danışıqların növbəti mərhələsinin detalları hələ də dəqiqləşməyib. Jurnalistlərlə telefon müsahibəsində o, İranın ABŞ-ın tələblərinə uyğun təklif hazırladığını irəli sürüb.

Bu açıqlama Ağ Evin Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Pakistanda iranlı rəsmilərlə danışıqlar aparmaq üçün İslamabada səfər edəcəyini bildirməsindən sonra verilib.

Aytən Yaşar/ Tukrustan.az


MANŞET XƏBƏRLƏRİ