İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei Nik ABŞ və İsrailin hücumları zamanı ölkəsinin raket potensialının böyük hissəsinin istifadə olunmadığını bildirib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına əsasən, Talaei Nik televiziya proqramında çıxışı zamanı ölkəsinin hərbi imkanlarını dəyərləndirib.
O, ABŞ və İsrailin 28 fevralda başlatdığı müharibədə məqsədlərinə nail ola bilmədiklərini iddia edərək, İranın uzun illərdir raket texnologiyalarını inkişaf etdirdiyini vurğulayıb.
Sözçü qeyd edib ki, İran daxili resurslara əsaslanaraq 1000-dən çox müxtəlif növdə silah istehsal edir və müharibə zamanı bəzi bölgələr zərər görsə də, istehsal prosesi dayandırılmayıb. Onun sözlərinə görə, ölkənin raket imkanlarının əhəmiyyətli hissəsi hələ də istifadə olunmayıb.
Talaei Nik əlavə edib ki, İranın həm müdafiə, həm də hücum qabiliyyəti zəifləməyib, əksinə daha da güclənib.
Aytən Yaşar/ Turkustan.az