İspaniyanın “El Pais” qəzetində dərc olunan xəbərə görə, Tramp administrasiyasının bəzi NATO müttəfiqlərini, xüsusilə də çətin adlandırdığı İspaniyanı İrana qarşı əməliyyatları dəstəkləmədiklərinə görə cəzalandırmağı nəzərdən keçirdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, İspaniya mediası yazır ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp bu məqsədlə müəyyən addımların atılması üçün göstəriş verib.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin daxili elektron yazışmalarında İrana qarşı mümkün hücumlar və Hörmüz boğazında həyata keçirilən əməliyyatlarda ABŞ-ı dəstəkləməyən NATO müttəfiqlərinə qarşı sanksiya xarakterli ssenarilər müzakirə olunub. Bu iddialar beynəlxalq mediada geniş rezonans doğurub.
“El Pais” həmçinin qeyd edir ki, Kipr Yunan Administrasiyasında keçirilən Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşündə iştirak edən İspaniyanın Baş naziri Pedro Sançes də bu məsələni gündəmə gətirib.
Aytən Yaşar/ Turkustan.az