“Avropa İttifaqı (Aİ) ölkələri Ermənistanı öz forpostlarına çevirməyə çalışırlar, amma İrəvan Brüsseldən real yardım gözləməməlidir”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Avropa İttifaqının yenidən mifik Rusiya təhlükəsinə qarşı hərbiləşdirmə kursuna başlayaraq Ermənistanı özünün forpostuna çevirməyə çalışdığını görürük. Bu, İrəvanın üçüncü ölkələrin maraqları naminə sövdləşmə aləti olmamaq barədə rəsmi kursu ilə kəskin ziddiyyət təşkil edir. Ermənistanın öz ərazisində Aİ nümayəndələrinin ifadə etdiyi kimi, “yeni missiya”nın yerləşdirilməsinə razılıq verməsi, görünür, ölkə rəhbərliyinin bu vasitə ilə Avropa istiqamətində irəliləyişini sürətləndirmək istəyi ilə bağlıdır.
İrəvanın kursunun üzvlükdən Aİ-yə və onun tələblərinə yönəlməsi halında milli iqtisadiyyat və əhalinin rifahı üçün yaranacaq zərəri azaltmaq məsələsində Avropa məsləhətçilərinin kömək edə biləcəyi isə şübhəlidir, onlar tərəfindən real yardım göstərilməyəcək. Necə ki, digər ölkələrə də real yardım göstərilmir; həmin ölkələrə daim tezliklə üzvlük vəd edilsə də, resursları istismar olunur və ya bu dövlətlər siyasi məqsədlər üçün istifadə edilir”, - diplomat bildirib./teleqraf