Ərdoğan xoş xəbəri çatdırdı! Növbəti 5 il ərzində Türkiyədə baş tutacaq


Formula 1 uzun fasilədən sonra Türkiyəyə qayıdır.

Turkustan.az xəbər verir ki, İstanbul Park trası 2027-ci ildən etibarən növbəti 5 il üçün yarış təqviminə daxil edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Dolmabahçe İş Ofisində keçirilən Formula 1 Türkiyə Qran Prisinin təqdimat mərasimində çıxış edib. Ərdoğan bildirib ki, Formula 1-in yenidən Türkiyə təqviminə daxil edilməsi ölkəyə göstərilən etimadın göstəricisidir.
Tədbir çərçivəsində Formula 1 bolidi ilə nümayiş yürüşü keçirilib. Təşkilatın Türkiyəyə qayıdacağı elan olunduqdan sonra F1 mühərriklərinin səsi İstanbul küçələrində əks-səda doğurub.

Bu çərçivədə Red Bull komandasının ehtiyat sürücüsü Yuki Tsunoda Qalataportdan start götürərək sahil yolu boyunca hərəkət edib və Prezident Dolmabahçe İş Ofisinə qədər nümayiş yürüşü həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ