Paşinyan ermənilərə səsləndi: Belə yaşasanız, sizi heç kim öldürməz


“Ermənilər respublikadan kənarda vətən axtarışından imtina etməlidir”.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “erməni soyqırımı”nın “anım günü” ilə bağlı danışarkən deyib.

Paşinyan bildirib ki, ermənilərin dövləti var, sülh əldə olunub və bu, (qondarma) “soyqırımının” bir daha baş verməyəcəyinə zəmanət verib.

“Bu məqsədə çatmaq üçün Ernmənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarışını dayandırmaq lazımdır. Respublikanın ərazisi Ermənistan xalqının inkişafı üçün kifayətdir. Ölkədə lazımi qədər əhali məskunlaşmayıb, onlarla kənd boş qalıb”, - o deyib.

Erməni baş nazir qeyd edib ki, “tarixi sərhədlər” daxilində “itirilmiş vətən”in qaytarılmasını tələb edən qüvvələr Ermənistanı dövlətçiliyin itirilməsinə doğru sürükləyir./publika.az


MANŞET XƏBƏRLƏRİ