Trampın "qızıl kart" vizası indiyə qədər yalnız bir nəfərə verilib


ABŞ-da ən azı 1 milyon dollar ödəniş müqabilində qanuni yaşamaq və işləmək hüququ verən “qızıl kart” vizasının indiyə qədər yalnız bir nəfərə təqdim edildiyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə tətbiq olunan bu proqram çərçivəsində əcnəbilərə ölkədə yaşamaq və işləmək imkanı yaradılır. Lakin indiyədək proqram üzrə cəmi bir nəfərin müraciəti təsdiqlənib.

ABŞ-ın Ticarət naziri Hovard Lutnik cümə axşamı verdiyi açıqlamada bu məlumatı təsdiqləyərək bildirib ki, hazırkı vəziyyət proqramın ilk günlərində səsləndirilən iddialarla ziddiyyət təşkil edir.

Qeyd edək ki, proqram ötən ilin dekabr ayında işə salınarkən, Lutnik bir neçə gün ərzində 1,3 milyard dollar dəyərində “satış” əldə olunduğunu bildirmişdi. Donald Tramp isə qızılı rəngli kartı nümayiş etdirərək onu “faktiki olaraq təkmilləşdirilmiş yaşıl kart” kimi təqdim etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ