Onun yerini deyənə 10 milyon dollar veriləcək


Kataib Seyyid əl-Şuhada qrupu İraq və Suriyadakı Amerika hərbi bazalarına və qüvvələrinə hücum edib.

Turkustan.az Unikal-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlayıb.

Bununla əlaqədar olaraq Amerika Birləşmiş Ştatları İraqın Kataib Briqadalarının lideri Əbu Ala əl-Vəlai kimi tanınan Haşim Fənian Rəhim əl-Saraci haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini elan edib.

"Kətaib Seyyid əl-Şuhada" 2014-cü ildə Mosulun süqutundan sonra İŞİD-lə mübarizə aparmaq üçün könüllü qüvvələr təşkil etmək məqsədilə yaradılıb.


MANŞET XƏBƏRLƏRİ