ABŞ dekabr ayında Mayamidə, Donald Trampa məxsus “Doral” qolf kurortunda keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, lakin The Washington Post nəşrinin administrasiyadakı mənbələrə istinadən verdiyi məlumata görə, hələlik rəsmi dəvət göndərilməyib.
ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, hazırda rəsmi dəvətlər təqdim olunmasa da, Rusiya G20 üzvü kimi həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlər sammitinə dəvət olunacaq.
ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, Donald Tramp Rusiyanın G20 çərçivəsində bütün görüşlərdə iştirak edə biləcəyini açıq şəkildə ifadə edib. Bildirilib ki, ABŞ sammitin uğurlu və məhsuldar keçməsində maraqlıdır. /konkret.az/