“Hökumət xalqın iradəsinə uyğun olaraq keçmişdə yaşanan hadisələrin daha dərindən anlaşılması və oxşar tarixi səhvlərin təkrarlanmaması üçün qətiyyət nümayiş etdirib”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, məqsəd gələcəyi daha işıqlı və təhlükəsiz etməkdir:
“Bu tarixi hədəfə çatmaq üçün beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda “vətən axtarışına” son qoyulmalıdır. İtirilmiş vətəni qaytarmaq, tarixi sərhədləri və ədaləti bərpa etmək çağırışları və məntiqi ilə danışan qüvvələr Ermənistan Respublikasını 1878-ci il San Stefano Konfransının relslərinə qoyurlar. Konfransın qaçılmaz son dayanacağı dövlətçiliyin və vətənin itirilməsidir, çünki dünyada hər kəsin öz tarixi, hər kəsin öz ədaləti, hər kəsin öz itirilmiş vətəni var. Nəhayət ki, bu tələdən qurtulduq və Ermənistanı yenidən bu istiqamətə aparmaq cəhdləri dövlətimizə və xalqımıza dəvətdir.
Qurbanlar və fədakarlıqlar bahasına biz vətənimizi tapdıq və yenidən kəşf etdik və bu vətən Ermənistan Respublikasıdır”./Globalinfo.az