İrana qarşı nüvə silahından istifadə ediləcək? - Trampdan açıqlama


ABŞ prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə etmək niyyətində olmadığını açıqlayıb.

Turkustan.az Unikal-a istinadən xəbər verir ki, Tramp bu barədə ona sual verən jurnalistə cavab verib.

Onun sözlərinə görə, Amerika ordusu artıq İran ordusunun hərbi potensialını məhv edib: "Niyə mən bunu etməliyəm? Əgər nüvə silahlarını istifadə etmədən ənənəvi vasitələrlə tamamilə məhv etmişiksə, niyə istifadə edək? Heç kimin nüvə silahlarından istifadə etməsinə icazə verilməməlidir".


MANŞET XƏBƏRLƏRİ