İranın Ali Lideri Müctəba Xamenei ölkədə milli birliklə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, sosial media hesabında bildirib ki, xalq arasında yaranan fövqəladə birlik düşmən sıralarında parçalanmaya səbəb olub. Xamenei qeyd edib ki, bu birliyin qədrini bilmək vacibdir: “Əgər bu neməti qoruyub saxlasaq, birlik daha da güclənəcək, polad kimi möhkəmlənəcək və düşmənlər daha da rüsvay olacaqlar.”
O əlavə edib ki, düşmən qüvvələr media vasitəsilə psixoloji təsir göstərməyə çalışır və bu fəaliyyətin əsas məqsədi milli birlik və təhlükəsizliyi zəiflətməkdir.
Aytən Yaşar/ Turkustan.az