İran yük gəmisi ABŞ blokadasını pozdu


ABŞ Hərbi Dəniz Qüvvələrinin onu ələ keçirməyə cəhd göstərdiyi bildirilən İrana məxsus yük gəmisi Oman körfəzi vasitəsilə təhlükəsiz şəkildə İrana çatıb.

Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, düyü daşıyan İran yük gəmisi Oman körfəzindən problemsiz keçid edib.

Məlumata əsasən, ələ keçirmə cəhdi olduğu iddia edilən gəmi İran İnqilab Keşikçiləri Hərbi-Dəniz Qüvvələrinin müşayiəti ilə ölkəyə daxil olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ