ABŞ-ın üçüncü təyyarədaşıyanı zərbə qrupu ilə birlikdə Yaxın Şərqə çatdı


ABŞ-ın USS George H.W. Bush təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə çatıb.

Turkustan.az xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb: "Təyyarədaşıyan gəmi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında Hind okeanından keçir".

Aprelin 21-də ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun USNI News portalı Pentaqon mənbələrinə istinadən məlumat verib ki, Venesuela və İranda əməliyyatlarda iştirak edən ABŞ təyyarədaşıyan gəmisi USS Gerald R. Ford Süveyş kanalından keçərək təmirdən sonra Qırmızı dənizə daxil olub. USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin zərbə qrupu da Ərəbistan dənizindədir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ