ABŞ administrasiyasının Rusiya prezidenti Vladimir Putini dekabr ayında Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət etməyi planlaşdırdığı irəli sürülüb.
Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə "Washington Post" qəzetinə danışan ABŞ rəsmisi iddia edib ki, Putinin 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə dəvət olunması nəzərdən keçirilir.
Rəsmi şəxs hələ rəsmi dəvətnamələrin göndərilmədiyini, lakin Rusiyanın da G20 üzvü olduğunu və həm nazirlər səviyyəsində görüşlərə, həm də liderlərin sammitinə dəvət olunacağını bildirib.
ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Putinin G20 dəvətindən xəbərsiz olduğunu, lakin buna qarşı çıxmayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az