Çin davam edən müharibə fonunda İranla bağlı xəbərdarlıq etdi


Təhlükəsizlik riskləri səbəbindən Çinin İrandakı səfirliyi və konsulluqları öz vətəndaşlarına ölkəni tərk etmələri və mümkün qədər tez təhlükəsiz bölgələrə köçmələri barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki,diplomatik nümayəndəliklər bildiriblər ki, İranın hava məkanının bəzi hissələri uçuşlar üçün açıq olsa da, regiondakı vəziyyət həssas olaraq qalır. “Təhlükəsizlik şəraiti mürəkkəb və dəyişkəndir”, – deyə açıqlamada vurğulanıb.

Xəbərdarlıqda vətəndaşlara ehtiyatlı olmaları, dövlət və hərbi obyektlər kimi həssas ərazilərdən uzaq durmaları, eləcə də təhlükəsiz ərazilərə çatmaq üçün mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ