ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında qüvvədə olan müvəqqəti atəşkəsin üç həftə uzadılacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə İsrail və Livan nümayəndələri ilə keçirilən görüşdən sonra sosial media hesabında paylaşım edərək bildirib ki, danışıqlar müsbət keçib. Onun sözlərinə görə, ABŞ Livanın Hizbullahdan qorunmasına dəstək vermək üçün bu ölkə ilə əməkdaşlıq edəcək.
Prezident qeyd edib ki, İsrail və Livan arasında 17 apreldə qüvvəyə minmiş 10 günlük atəşkəs razılaşması əlavə olaraq üç həftə uzadılacaq.
Tramp həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu yaxın zamanda Ağ Evdə qəbul etmək istədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az