Zelenski Aİ-yə təşəkkür etdi: 90 milyardlıq dəstək mühüm siqnaldır


Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırması və Rusiyaya qarşı yeni sanksiyalar paketində əldə olunan irəliləyişlərə görə təşəkkürünü bildirib.

Turkustan.az xəbər verir ki, bu açıqlamanı Kiprdə Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birgə mətbuat konfransında verib.

“Bugünkü böyük irəliləyişə görə çox minnətdarıq: 90 milyard avroluq yardım paketi və sanksiyalar paketi çox mühüm siqnaldır. Vəsaitlərin mümkün qədər tez çatdırılması üçün çalışacağıq”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, bu dəstək Ukrayna ordusunun güclənməsinə və ölkənin növbəti qışa daha hazırlıqlı olmasına imkan verəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ