Tramp bu dəfə xahiş etdi: Hamısını bağışlayın, bu, əla başlanğıc olardı


ABŞ Prezidenti Donald Tramp İranda edam cəzası ilə üzləşdiyi iddia edilən səkkiz qadının azadlığa buraxılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda İranda bəzi şəxslərin edam ediləcəyi ilə bağlı iddialara münasibət bildirib. O, səkkiz qadının edam olunacağı iddiasını əks etdirən paylaşımı sitat gətirərək yazıb: “Bu qadınlar azad edilsəydi, çox məmnun olardım. Xahiş edirəm onlara zərər verməyin. Bu, danışıqlarımız üçün əla başlanğıc olardı.”

Lakin ABŞ-da fəaliyyət göstərən X platformasında paylaşılan və İsrail tərəfdarı “Eyal Yakoby” adlı istifadəçiyə aid olduğu bildirilən bu iddianın doğruluğunu təsdiqləyən hər hansı rəsmi məlumat yoxdur. İran tərəfindən də məsələ ilə bağlı açıqlama verilməyib.

Digər tərəfdən, müharibənin 53-cü günündə Tramp İranla danışıqlar prosesi ilə bağlı da diqqətçəkən açıqlamalar verib və ABŞ-ın danışıqlar masasında güclü mövqedə olduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ