Rus ordusu bir neçə məntəqəni işğal etdi - Ukrayna


Rusiya ordusu Sumdan uzaqdadır və Sum vilayətinin sərhədində bir neçə yaşayış məntəqəsini ələ keçirməyə nail olub.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Birgə Qüvvələr Komandanlığı məlumat yayıb.

“Sum vilayətində Ukrayna ərazisinin dərinliyinə nüfuz etmək üçün aylarla davam edən cəhdlərindən sonra Rusiya qoşunları birbaşa sərhəddə bir neçə qəsəbəni ələ keçirməyə nail olublar.

Beləliklə, sərhəd nəzarət zonası 3-4 kilometrə qədər dərinlikdədir, Sum şəhəri isə buradan 35 kilometrdən çox məsafədə yerləşir”, - məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün rus ordusunun Sumda iki yaşayış mətəqəsinə irəlilədiyi xəbəri yayılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ