Netanyahunun bu həftəki dinləməsi təxirə salındı


İsrailin Qüds Rayon Məhkəməsi Baş nazir Binyamin Netanyahunun korrupsiya işi üzrə bu həftə verməli olduğu ifadənin ləğv edilməsi ilə bağlı müraciətini təmin edib.

Turkustan.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, prokurorluğun etirazına baxmayaraq, məhkəmə Netanyahunun “təhlükəsizlik və siyasi səbəblər” əsas gətirərək etdiyi müraciəti qəbul edib.

Qərara əsasən, sabah keçiriləcək iclasda Netanyahunun yerinə başqa bir şahid ifadə verəcək, çərşənbə axşamına planlaşdırılan dinləmə isə tamamilə ləğv olunub.

Qeyd edək ki, Netanyahu ötən həftə də eyni əsaslarla məhkəmə prosesinin iki həftəlik təxirə salınmasını istəmişdi. Məhkəmə həmin vaxt yalnız bir həftəlik təxirə razılıq vermiş və bu həftə üçün nəzərdə tutulan dinləmələrlə bağlı əlavə müraciətlərin təqdim olunmasını tələb etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ